06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səməd Seyidov AŞ PA-nın qış sessiyasından danışdı

03.01.2019

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti qış sessiyasının vaxtı və gündəliyi məlum olub.
AŞ PA-nın qış sessiyası yanvarın 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.
"Dövran Media" xəbər verir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının sessiyasında və iclaslarda fəal iştirak edəcək:
"Həmişə olduğu kimi sessiya və iclaslarda aktiv iştirak edəcəyik, Azərbaycanla bağlı məsələləri diqqətdə saxlayacağıq".
Qeyd edək ki, sessiya zamanı AŞ PA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifələrinə seçkilər keçiriləcək, Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatlar müzakirə ediləcək.
Sessiyada, həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. məsələlər müzakirə olunacaq.