06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sanksiyalar İranda avtomobil istehsalını çökdürdü

01.01.2019

ABŞ-ın sanksiyaları İranda avtomobil istehsalının 72 faiz azalmasına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məlumat yayıb. Qurum 2017-ci ilin dekabr ayında ölkədəki avtomobil istehsalının 136 min 828 olduğu halda, 2018-ci ilin eyni dövründə 38 min 275-ə endiyini elan edib.
Avtomobil sektorundakı bu geriləmə ən çox avtobus istehsalında özünü göstərib. Belə ki, əgər 2017-ci ilin dekabrında 136 avtobus istehsal edilmişdisə, 2018-ci ilin eyni ayında bu rəqəm 12-yə enib.
Hazırda İranda avtomobil sektorunda 700 mindən çox insanın çalışdığı bildirilir.