06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol ikinci dəfə Moskvaya nümayəndə göndərdi

31.12.2018

Ermənistan Baş nazirinin müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Mqer Qriqoryan dünən "Qazprom” rəhbəri Aleksey Millerlə Moskvada görüşüb.
"Dövran Media" xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu gələn il üçün qaz tədarükün qiymətlərinin müzakirə edilməsi olub.
Qeyd edək ki, Qriqoryan sonuncu dəfə Moskvaya Millerlə görüşmək üçün 28 dekabrda gəlib.
Bu il Ermənistanla Rusiya arasında imzalanan qaz müqaviləsinin müddəti başa çatır. Erməni tərəfi yeni müqaviləni qaz qiymətlərini aşağı salmaqla imzalamağı planlaşdırır. Belə ki, İrəvan Rusiyadan qazı artıq 150 dollara yox, 140 dollara almağı nəzərdə tutur.