08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin xüsusi təyinatlı polisləri Afrinə girdi - VİDEO

26.02.2018

Türkiyənin jandarma və polis xüsusi təyinatlı dəstələri Afrinə daxil olub.
"Dövran Media" xəbər verir ki, xüsusi təyinatlı dəstələr Afrinə Kilisin Gülbaba və Hatayın Hassa sərhəd məntəqələrindən girib.
Məlumata görə, ilk dəfədir Afrinə göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri ilkin mərhələdə azad edilmiş ərazilərdə təhlükəsizliyə nəzarət edəcək və qəfil hücum olmasının qarşısını alacaq. Sonrakı mərhələdə isə Afrinin mərkəzində məskunlaşma ərazilərində gedən və mülki vətəndaşların təhlükəsizliyi baxımından həssaslıq tələb edən döyüşlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyədə jandarma və polis xüsusi təyinatlıları TSQ Baş Qərargahının sərəncamına verilmişdi.