06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2019-cu ildə manatı nə gözləyir? - Ekspert rəyi

29.12.2018

Mərkəzi Bankın 2019-cu il üçün pul-kredit siyasəti ilə bağlı planlarında cəmiyyət üçün maraqlı ola biləcək mesajlar var.
"Dövran Media" xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq:
"Bu həm də o deməkdir ki, manatın məzənnəsi mümkün qədər sabit saxlanılacaq. İkincisi, neftin kəskin ucuzlaşması (40-45 dollaraq qədər) baş verməsə, məzənnə sabitliyini təmin etmək Mərkəzi Bank üçün o qədər də problemli olmayacaq. İranla bağlı vəziyyətə apreldə tam aydınlıq gələcək. Sanksiyalar kəskinləşsə və ABŞ 7 ölkəyə idxal güzəştindən vaz keçsə, OPEK+ hasilatın azaldılması ilə bağlı qərarını davam etdirsə, neftin qiymətini 55-60 dollar intervalında saxlamaq mümkün ola bilər. Bu qiymət isə manatın sabitliyini qorumağa imkan verəcək”.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bank öz resurslarını real sektora satıb, bank sektoruna dəstəyini daha da artırmağı planlayır:
"Son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla bank sektoruna böyük dəstək verir. Baş bank hərraclar və not yerləşdirilməsi vasitəsilə il boyu azı 1.5 milyard manat vəsaiti dövriyyədən kənarda saxlayır. Bu isə az vəsait deyil. Lakin bu alətlər əsasən qısa müddət (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Buna görə də Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətlərilə banklara dəstəyə hazırlaşır”.