28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan Menbiç açıqlaması: Kəşfiyyatla danışdım

28.12.2018

Bölgəni silah gücünə idarə edən YPG-PKK terror qruplaşmasının bölgə əhalisi adına açıqlama vermək və digər ünsürləri dəvət etmək haqqı və səlahiyyəti yoxdur.
"Dövran Media" xəbər verir ki, bu sözlər Türkiyənin Müdafiə Nazirliyinin YPG terror qruplaşmasının Menbiç şəhərinə nəzarəti Suriya rejiminə təhvil verməsi ilə bağlı açıqlamasında deyilib.
"Menbiçlə bağlı doğruluğu şübhə oyadan bir sıra açıqlamalar verilir. Bütün tərəflərə bölgəni daha çox qeyri-sabitliyə düçar edəcək qıcıqlandırıcı fəaliyyət və ifadələr işlətməkdən uzaq durmaları barədə xəbərdarlıq edirik. Məsələ tərəfimizdən yaxından izlənilir”, - MN məlumatında deyilib.
***
Suriyanın Menbiçlə bağlı psixoloji bir fəaliyyət icra etdiyini bilirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ordusunun Menbiçə daxil olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
"Ortada hələlik dəqiqləşən bir şey yoxdur. Bir saat əvvəl kəşfiyyat orqanlarımızdan məlumat aldım. Dəqiq bir şeydən söhbət getmir. Sabah heyətimiz Moskvaya gedəcək. Orada bu məsələlər ətraflı şəkildə müzakirə ediləcək”, - Ərdoğan bildirib.