27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rüfət Aslanlının adı qərardan çıxarıldı

28.12.2018

Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara dəyişiklik edib.
"Dövran Media" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində (iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiyanın üzvləri - red.) "Rüfət Aslanlı” sözləri "İbrahim Alışov” sözləri ilə və "Direktorlar Şurasının sədri” (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri -red.) sözləri "İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəzlənib.