Ermənistanın 7,5 milyard dollar   dövlət borcu olacaq 
    
                          
     
                         27.12.2018
 
    
                        2019-cu ilin sonunda Ermənistanın dövlət borcu 7,5 milyard dollar təşkil edəcək. 
"Dövran Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Maliyyə Nazirliyinin dövlət borcunun idarə edilməsi üzrə idarəsinin rəhbəri Arşaluys Marqaryan deyib. 
O əlavə edib ki, bu məbləğə Ermənistan Mərkəzi Bankının və hökumətinin daxili və xarici borcları daxildir.
Bu il noyabrın 30-da Ermənistan Maliyyə Nazirliyi tərəfindən yayımlanan son məlumatlara görə, ölkənin xarici borcu 6 milyard 765 milyon 500 min dollardır.