28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin çıxışından sonra vəziyyət dəyişdi - Aparat rəhbəri

27.12.2018

May ayında atmosfer havasının çirkləndirilməsinin qarşısının alınması ilə bağlı bütün ictimai iaşə obyektlərinə müasir standartlara uyğun təmizləyici qurğuların quraşdırılması haqda göstərişlər verildi.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, buna rəğmən, sentyabr ayına kimi yalnız bir iaşə obyekti bu qurğunu quraşdırmışdı:
"Ancaq Prezident İlham Əliyevin doqquz aylıq hesabat çıxışından sonra iaşə obyektləri məsələnin ciddiliyini nəzərə aldılar və artıq 307 obyektdə qurğular quraşdırılıb. Onların 277-i normalara uyğundur. Artıq həmin ərazilərdə tüstü olsa da, qoxu normadan artıq deyil”.
Aparat rəhbəri qeyd edib ki, eyni proses daş karxanalarında da həyata keçiriləcək:
"Təəssüf ki, bu obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq. Obyekt rəhbərləri bilməlidir ki, gec-tez bu qurğular quraşdırılmalıdır. Hər bir müəssisə işə başlayan zaman onların texniki tələblərində bu qurğuları quraşdırılması göstərilir”.
Vüqar Kərimov bildirib ki, Abşeron yarımadasının və digər çirklənmiş ərazilərin qiymətləndirilməsi və inventarlaşdırılması ilə bağlı da layihə hazırlanır:
"Neftlə çirklənmiş ərazilərin kadastrı hazırlanacaq. Çirklənmiş ərazilərin lay suları, kimyəvi tullantılar, yoxsa antropogen təsirlərlə bağlı olması araşdırılacaq. Hər bir ərazi üzrə təmizlənmə metodikası hazırlanır.
Artıq Yod-brom zavodu ərazisində çirklənmənin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb. Zavodda işlərin 80 faizi yekunlaşıb. 66 hektar ərazidə təmizləmə işləri aparılıb və park salınıb”.