Kilsə qarşısında partlayış - TERROR 
    
                          
     
                         27.12.2018
 
    
                        Yunanıstanın paytaxtı Afinada yerləşən Müqəddəs Dionisios kilsəsinin qarşısında partlayış baş verib.
"Dövran Media" xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası informasiya yayıb.
Kilsənin qarşısında bombanın partladılması nəticəsində bir polis əməkdaşı yaralanıb. Hadisə yerinə təhlükəsizlik və təcili tibbi yardım briqadaları cəlb olunub.
Teraktla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.