05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda yol polisinin maşını yandı - VİDEO

26.12.2018

Bakıda Dövlət Yol Polisinə məxsus "BMW” markalı avtomobil yanıb.
"Dövran Media" xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib.
Xidmətdə olan avtomobil qəfildən alovlanıb.
Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan yanğınsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar.
Nəqliyyat vasitəsinin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.