05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həbib İŞİD-lə bağlı dindirildi

26.12.2018

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Telegram”da yayımlanan "Ploxoy leytenant” telekanalı məlumat yayıb. Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib.
Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə köməklik göstəriblər.
"O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, - Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov "Diriliş Ərtoğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.