29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübariz Mənsimov İlham Əliyevə məktub göndərdi

25.12.2018

"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Prezident İlham Əliyevə məktub göndərib.
"Dövran Media" məktubun mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.
Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm”.