Azərbaycanın üç idmançısı  dopinqə görə cəzalandırıldı 
    
                          
     
                         25.12.2018
 
    
                        Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev isə 48 ay müddətinə diskvalifikasiya olunub.
Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.