29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB-dən etiraf: Bu ölkələrə təsirimizi itirmişik

25.12.2018

Avropa Birliyi "Ərəb baharı”nın olduğu ölkələrə əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən təsirini formalaşdıra bilməyib.
"Dövran Media" xəbər verir ki, bu məlumat Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin hesabatında yer alıb.
"Avropa Parlamenti əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən AB-nin hələ də Yaxın Şərq və Şimali Afrikada təsirini formalaşdıra bilməməyindən narahatdır. Region ölkələri artıq AB-ni təyin olunan ərazilərdə köklü dəyişikliklərin aparıcı qüvvəsi saymırlar”, – deyə hesabatda bildirilib.
Avropa Parlamenti "Ərəb baharı”yla əlaqədar regiondakı rejimlərin əksəriyyətinin devrilməsindən sonra böyük ümid və gözləntilərinin olduğunu, amma bununla bağlı heç bir uğur əldə edilmədiyini qeyd edib:
"8 il keçməsinə rəğmən, gözləntilərin əksəriyyəti özünü doğrultmayıb. Bununla belə AB-nin regionda siyasi təsirini artırması vacibdir”.
Hesabatda Avroparlament regiona Rusiya və Çin kimi yeni siyasi və iqtisadi oyunçuların təsirindən narahat olduğunu deyib.