25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“İçərişəhər” Muzey Mərkəzi yaradılıb

25.12.2018

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda "İçərişəhər” Muzey Mərkəzi yaradılıb.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə "İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, "İçərişəhər” tarix muzeyinin və "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında "İçərişəhər” Muzey Mərkəzi yaradılıb.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə "İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.