Deputat və politoloq canlı efirdə dalaşdılar  - VİDEO 
    
                          
     
                         25.12.2018
 
    
                        Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk və siyasi elmlər doktoru Aleksandr Semçenko "NewsOne” telekanalının canlı efirində dalaşıblar. 
"Dövran Media" xəbər verir ki, əvvəlcə Mosikçuk Semçenkonu "rusiyalı təbliğatçı” adlandırıb.
Qarşı tərəf isə deputata psixiatra getməyi məsləhət görüb. 
Bundan sonra Mosikçuk hücuma keçib. Bu zaman politoloq deputatı yerə sərib.
Mübahisə sakitləşdikdən sonra aparıcı Semçenkodan efiri tərk etməsini istəyib. O, studiyanı tərk edən zaman Mosiyçuk ona tərəf qaçıb və politoloqun kürəyindən zərbə endirib.