29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəzərdə kruiz turizmi inkişaf etdiriləcək

24.12.2018

Rusiya və Azərbaycan Trans-Xəzər nəqliyyat xətti yaratmaq, həmçinin kruiz turizmini inkişaf etdirmək niyyətindədirlər.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat qeyd edib: "Mən çox şadam ki, bu, Azərbaycanda çox mühüm hadisə hesab olunur. Bu konvensiya (Xəzər dənizinin hüquqi statusu haqqında - red.) konkret məsələlər üzrə əldə olunmuş razılıqlara əməl etməyə imkan verir. Hələ yekunlaşmamış sərhəd məsələləri qalır, lakin Rusiya və Azərbaycan arasında deyil".
M.Boçarnikov bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların saxlanması və digər sahələrdə əməkdaşlıq üzrə işlər aparılacaq.