09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bu aparıcılar verilişdən çıxarıldı

24.02.2018

Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.
"Dövran Media" xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.
Belə ki, Xəzər Tv-də yayımlanan "Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.
ARB telekanalında yayımlanan "Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.
ARB TV-də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.
"Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam” verilişini Cavid Gül aparır.