29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

III Dünya savaşı Qarabağdan başlayacaq: Qorxunc proqnoz

23.12.2018

2019-cu ildə III Dünya müharibəsinin başlaya biləcəyi qaynar nöqtələrin adları bəlli olub.
"Dövran Media" xəbər verir ki, bu barədə "National İnterest” jurnalında amerikalı professor Robert Farlinin məqaləsi dərc olunub.
Professorun fikrincə, qaynar nöqtələrdən biri hələlik bir-biriləri ilə sadəcə ticarət müharibəsi aparan ABŞ-la Çin arasında qızğın mübarizənin getdiyi Cənubi Çin dənizidir.
İkinci belə nöqtə isə Ukraynadır. Kerç boğazında baş verən son hadisələrdən sonra bu bölgədə gərginlik xeyli artıb. Rusiya Ukraynada prezident seçkiləri öncəsində status-kvonu pozmaq istəməsə də, vəziyyət istənilən kiçik bir hadisədən qızışacaq qədər həssasdır.
Üçüncü qaynar nöqtə isə Fars körfəzi hesab olunub. Belə ki, İrana qarşı tətbiq olunan sərt sanksiya siyasəti, Yəmən və Suriyadakı silahlı qarşıdurmalar regionun əhəmiyyəti də nəzərə alınanda, burada hər an ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi ehtimalı var. Bu münaqişəyə hətta Çin də qoşula bilər.
Dördüncü qaynar nöqtə Koreya yarımadasıdır. ABŞ və Şimali Koreyanın sülh naminə göstərdikləri səylərə baxmayaraq yarımadada vəziyyət gərgindir. Bu gərginliyin əlavə olaraq Çin və Yaponiya kimi aktorları da var. Burada Çinlə ABŞ münasibətlərindəki gərginlik fonunda genişmiqaslı toqquşma baş verməsi ehtimalı yüksəkdir.
Bununla yanaşı Farlin qeyd edib ki, III Dünya müharibəsi bu gün lokal hesab edilən hərbi qarşıdurmalar fonunda da alovlana bilər:
"Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan (Dağlıq Qarabağ) arasında, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən..."