02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Nikolun addımlarını izləyir: Hər şey dəyişə bilər

23.12.2018

Ermənistanda yeni hakimiyyətin bütün vəzifələrə öz üzvlərini təyin etməsi üçün kadr potensialı yoxdur.
Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli Ermənistanda yeni hökumətin formalaşması ilə bağlı danışarkən deyib. O bildirib ki, yeni iqtidarlar əsasən strateji postlara öz adamlarını təyin edir:
"Sərkisyanın çıxartdığı kadrları yenidən vəzifəyə gətirməklə Paşinyan özünə tərəfdaş yığır. Paşinyan üçün əsas hədəflərdən biri Qarabağ klanını zərərsizləşdirməkdir. Ona görə həmin tərəfdən yanına adamlar gətirir. Paşinyan təkcə Sərkisyanın deyil, Levon Ter Petrosyan, Çarukyanın kadrlarını da müxtəlif vəzifələrə cəlb edəcək. Ermənistanın yeni hökuməti kadr çatışmazlığından əziyyət çəkir. Paşinyan vaxt udmağa çalışacaq. Nikol sadiq komanda formalaşdıra bilsə, hakimiyyətini möhkəmləndirəcək. Əks halda böyük problemlərlə üzləşə bilər”.
Politoloq vurğulayıb ki, əgər Paşinyan özünə sadiq hökumət qura bilməsə, Rusiyanın təzyiqləri ilə üz-üzə gələcəyi istisna edilmir:
"Digər tərəfdən, Ermənistanda iqtisadi, sosial, siyasi böhran yaşanacaq. Bu halda isə Qarabağ klanı, Daşnaksütyun, Sasna Çrer, Çarukyan tərəfdarları Paşinyan iqtidarına qarşı birləşib onu devirmək istəyəcək. Eyni zamanda İrəvanla Qarabağ separatçılarının qarşıdurmasını da izləyə bilərik.
Yəni müxtəlif gedişatlar ola bilər və bu gedişatlara uyğun da Bakı addım atacaq".