02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Türk ordusu ora daxil olanda yer-göy titrəməlidir"

23.12.2018

Fəratın şərqi ilan yuvasıdır. Ora yezidin gizləndiyi yerdir.
"Dövran Media" xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı Tvitter səhifəsində yazıb. O, ABŞ-ın Suriyadan geri çəkilmək məsələsinə münasibət bildirib:
"Fəratın şərqi başdan ayağa təmizlənmədikcə, nə rahatlıq tapacağıq, nə də təhlükəsizliyimiz təmin olunacaq. Millətimizin ölməzliyi üçün hərbi əməliyyatların keçirilməsi həyati baxımdan vacib məsələdir. ABŞ-ın Suriyadan çəkilmək barədə qərarının taktiki addım olub-olmadığını hələlik bir kənara qoyaq. Milli siyasətimizi formalaşdıran tarixə baxmalıyıq, millət nə deyir, ona diqqət etməliyik. Hazırlıqlar başa çatdıqdan sonra Fəratın şərqinə böyük qüvvə ilə daxil olmalıyıq, yer-göy titrəməlidir”.