02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavini BDU-nun rektor əvəzi oldu

22.12.2018

Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Bunu açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, bu barədə ötən gün təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb:
"Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etməklə, nazir müavini postunda da qalacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, noyabrın 15-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
Rektor səlahiyyətlərinin icrası isə bir ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.