19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin S-400 zenit-raket kompleksinin ilk uğurlu sınağını keçirib

21.12.2018

Çin ordusu Rusiyadan alınan S-400 zenit-raket kompleksinin ilk uğurlu sınaq atışlarını həyata keçirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompleks saniyədə 3 kilometr sürətlə uçan ballistik hədəfi 250 kilometr məsafədə vurmağa nail olub.
Çin Rusiyanın S-400 "Triumf” zenit-raket komplekslərini alan ilk xarici ölkədir. Müqaviləyə əsasən, Çinə iki S-400 polk kompleksi çatdırılacaq.
Uzaq məsafəli zenit-raket sistemi olan S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.