04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağla bağlı sənədli filmin təqdimatı olacaq

21.12.2018

Dekabrın 24-də, saat 15:00-da "Holiday Inn Baku Hotel"də "Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimat mərasimi olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Moderator.az-a verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və "Virtual Qarabağ" İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə həmçinin, "Cəbrayıl - virtual səyahət" 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.