04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İş adamı maşınında güllələndi - BAKIDA

21.12.2018

Bakıda iş adamı qətlə yetirilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hunday" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.