29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taksi şirkəti qiyməti kəskin bahalaşdırdı

21.12.2018

"Ulduz taksi” (*5000) şirkəti bu gündən etibarən gediş qiymətlərini 22% bahalaşdırıb.
"Dövran Media" xəbər verir ki, şirkətin operatorları bahalaşmanı ötən günə qədər "endirim qiymətlərlə” çalışmaları ilə əsaslandırıblar. Belə ki, şirkət artıq güzəştli qiymətləri bugündən ləğv edib və nəticədə gediş qiymətləri 22% civarında bahalaşıb.
Bu qiymət siyasəti ilə "Ulduz taksi” (*5000) Bakıda ən baha xidmət göstərən taksi şirkətlərindən birinə çevrilib.
Ümumiyyətlə isə son 3 gündə bütün taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Taksi sürücüləri bunu havaların yağışlı keçməsi səbəbindən taksi şirkətlərinə müraciətlərin çoxalması ilə əlaqələndirirlər.
Qeyd edək ki, taksi şirkətləri bu ilin ikinci yarısından başlayaraq, qiymətləri artırıblar. Ötən illə müqayisədə taksi şirkətlərində artım 40%-ə qədər özünü göstərir.