29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Həştərxan aviareysinin bərpaedilmə vaxtı açıqlandı

20.12.2018

Bakı-Həştərxan aviareysinin 2019-cu ilin yazında bərpa edilməsi planlaşdırılır. 
"Dövran Media" istinadən xəbər verir ki, bununla bağlı Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin vəzifələrini icra edən Denis Afanasyev jurnalistlərə açıqlamasında məlumat verib. 
O bildirib ki, dörd illik fasilədən sonra bərpa ediləcək aviareyslə uçuşlar həftədə iki dəfə baş tutacaq.
"AZAL şirkəti ilə danışıqlar aparıldı və aviareysin bərpası 2019-cu ilin yazına planlaşdırılıb. Hazırda texniki və marketinq siyasəti məsələləri müzakirə edilir. Uçuşlar həftədə iki dəfə olacaq. Uçuşun müddəti 1 saat 15 dəqiqə və ya saat yarım təşkil edəcək”, - o deyib. 
Qeyd edək ki, dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib. 
Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub.