29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin mətbuat konfransı keçirir

20.12.2018

Moskva Beynəlxalq Ticarət Mərkəzində Rusiya Prezidenti Vladimir Putinin ilin yekunları üzrə sayca 14-cü illik böyük mətbuat konfransı başlayıb.
Rusiya Kütləvi İnformasiya Vasitələri xəbər verir ki, bu il tədbir üçün rekord sayda mətbuat nümayəndəsi - 1702 jurnalist akkreditasiyadan keçib. Ötən il Prezidentin mətbuat nümayəndələri ilə görüşü 1640 nəfəri bir araya toplamışdı. Böyük mətbuat konfransına gələn xarici jurnalistlər üçün ingilis, alman və fransız dilinə sinxron tərcümə nəzərdə tutulub.İndiyə qədər Putinin ən uzun mətbuat konfransı 4 saat 40 dəqiqə çəkib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, V.Putin üç gün mətbuat konfransına hazırlaşıb. Onun fikrincə, bu dəfə iqtisadiyyat məsələləri və beynəlxalq problemlər, o cümlədən Rusiya-ABŞ münasibətləri ön plana çıxacaq.