Tural Gəncəliyev Bayram Səfərovun yerinə  sədr seçildi 
    
                          
     
                         20.12.2018
 
    
                        Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.
"Dövran Media" xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.
Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.
Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.
Qeyd edək ki, bu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır.