29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Feysbukda yeni böhran: Məlumatlarımız satılır

20.12.2018

Gündəlik 1.5 milyard aktiv istifadəçiyə sahib Feysbukun istifadəçilərin icazəsi olmadan 150-dən artıq şirkətlə onların şəxsi məlumatlarını paylaşdığı məlum olub.
"Dövran Media" xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri yazıb.
Məlumata görə, Feysbuk açıqlanan həcmdən daha artıq miqdarda məlumatı böyük şirkətlərlə paylaşıb. Bunların sırasında "Binq”, "Netfliks” və "Spotify” kimi şirkətlər də yer alıb.
Qeyd edək ki, Feysbuk dünya tarixində istifadəçiləri barəsində ən böyük məlumat bazasına sahib şirkətdir. Ümumilikdə 2.2 milyard istifadəçisi olan şirkətin məlumatları satması məsələsi bir qədər əvvəl gündəmə gəlmiş, şirkətin rəhbəri Mark Zukerberq isə "heç kimə məlumat satmırıq. Bu məlumatlar hər zaman təhlükəsiz şəkildə saxlanılacaq” cavabını vermişdi. Dünya mətbuatı isə ABŞ-dakı prezident seçkiləri və Böyük Britaniyadakı referendum zamanı Feysbukun məlumatlarından istifadə edildiyini yazmışdı.