Ərdoğan Moskvaya   yeni səfir təyin etdi 
    
                          
     
                         20.12.2018
 
    
                        Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrdəki 25 diplomatik missiyaya rəhbər təyin edilməsi barədə fərman imzalayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Rəsmi qəzet” informasiya yayıb.
Fərman çərçivəsində həmçinin Türkiyənin Rusiyadakı yeni fövqəladə və səlahiyyətli səfirinin kimliyinə aydınlıq gəlib. Məhməd Samsar Türkiyə Respublikasının Rusiyadakı səfiri təyin edilib.
Qeyd edək ki, Məhməd Samsar bu vəzifəyə 2016-cı ildə təyin olunan Hüseyn Diriözü əvəz edib.