29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya müharibədən sonra Rusiyaya daşınan mədəni irsi geri qaytarmaq istəyir

20.12.2018

Almaniya İkinci Dünya müharibəsindən sonra bu ölkədən çıxarılaraq SSRİ-yə daşınan mədəni irsi geri qaytarmaq istəyir. 
"Dövran Media" Report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Moskvadakı Səfirliyindən verilən məlumata əsasən İzvestiya.ru yazıb.Səfirlikdən bildirilib ki, mədəniyyət obyektlərindən hərbi itkilərə görə kompensasiya kimi istifadə edilməməlidir. Bildirilir ki, Berlin də həmçinin Almaniya ərazisində olan Rusiya mədəni irsinin qaytarılması üzrə danışıqları davam etdirməyə hazırdır.
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözlərinə görə, iki ölkə arasında siyasi dialoq normallaşmayınca, Moskva bu cür məsələləri müzakirə etməyəcək. O, qeyd edib ki, etimad mühiti olmadan hər hansı dialoq aparmaq mənasızdır.
Şvıdkoy bildirib ki, Rusiyada 1998-cü ildən qüvvədə olan qanun çərçivəsində mədəni irsin böyük hissəsi Rusiyanın mədəni irsi hesab olunur və başqa ölkələrə verilə bilməz.