05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu siyahıda 97-ci yerdəyik

19.12.2018

Ümumdünya İqtisadiyyat Forumu gender bərabərliyinə dair özünün illik hesabatını yayıb.
"Dövran Media" xəbər verir ki, yeni hazırlanan hesabatda müxtəlif ölkələrdəki kişi və qadınların sosial, siyasi və iqtisadi parametrlər üzrə bərabərliyi ölçülüb. Hesabatda dünyada gender bərabərliyi ilə bağlı situasiyanın keçən ilə nisbətdə yaxşılaşdığı, amma ümumilikdə ideal vəziyyətdən uzaq olduğu bildirilib. Forum hazırkı templər nəzərə alınacağı təqdirdə kişi və qadınlar arasında bərabərliyin 108 il sonra, iki fərqli cins arasında iqtisadi bərabərliyin isə 202 il sonra gerçəkləşəcəyini vurğulayıb.
Ümumdünya İqtisadiyyat Forumu gender bərabərliyi ilə bağlı 149 ölkənin iştirak etdiyi reytinq cədvəlini də hazırlayıb. Belə ki, yeni reytinq cədvəlində ilkin pillələri İslandiya, Norveç, İsveç və Finlandiya tutub. Azərbaycan siyahıda 97-ci pillədə qərarlaşıb. Bakı bu siyahıda öz qonşuları arasında yalnız Rusiyadan (75) geri qalıb.
Ermənistan siyahıda 98-ci, Gürcüstan 99-cu, Türkiyə 130-cu, İran 142-ci yerdədir.