29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Heç vaxt "Maşın" şouya getmərəm"

18.12.2018

Müğənni Nigar Camal "Maşın" şou ilə bağlı fikirlərini bölüşüb.
"Dövran Media" bildirir ki, ifaçı şouya ilk dəfə baxdığını etiraf edib. O bildirib ki, oyunu izləməsinə səbəb isə dostları aparıcı Ranar Musayevlə müğənni Samir Cavadzadənin orada olmasıdır.
Nigar Samirə "Təpəsi başında ilandır" deyən Sərxana da cavab verib. Dostunu müdafiə edən müğənni "Samir, sən ilan deyilsən. Sən, sadəcə, mənim kimi böyük əyləncəsən" sözlərini deyib.
N.Camal daha sonra "Samir və Ranar, mənəvi olaraq sizin yanınızdayam. Sizə görə ilk dəfədir ki, bu verilişə baxıram" deyə sözlərinə əlavə edib. 
Müğənni ona ünvanlanan "Siz də bu şouya gedərsiz" sualına bu cavabı verib:
"Yox. Burada inciməli heç nə yoxdur. Layihənin özü maraqlıdır. Efirlərə heç vaxt baxmıram. Həm də mən Londonda yaşayıram".