29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dalinin məşhur əsəri ölkədə qaldı - FOTO

18.12.2018

Şotlandiyanın Milli Qalereyası (National Galleries of Scotland) dahi rəssam Salvador Dalinin "Lobster telefon" əsrəini 853 min funt-sterlinqə satın alıb.
"Dövran Media" bldirir ki, telefon əcnəbi kolleksionerə satıldığı üçün Britaniyanı tərk edə bilərdi.
Lobster formasında olan telefon 2016-cı ilin sonlarında "Christies" hərracında satılmışdı. Lakin rəsmi London əsəri önəmli mədəni irs olduğunu və Britaniyada qalması gərəkdiyini bəyan etmişdi.
Ölkədəki qurumlardan birinin bu əsəri satın almaq imkanı əldə etməsi üçün əsərin Britaniyadan çıxarılmasına qadağa qoyulmuşdu.
"Lobster telefon"lar seriyasını Salvador Dali 1938-ci ildə ekssentrik xeyriyyəçi Edvard Ceymsin sifarişi ilə bu milyonçunun Londondakı evi üçün hazırlanmışdı. 4 "Lobster letefon" qırmızı, biri isə qırmızı bakelindən ərsəyə gətirilmişdi.
Bu telefonların Endi Uorholl və Demien Hörst kimi rəssamların yaradıcılığına ciddi təsir etdiyi hesab olunur.