28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azercell” diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

17.12.2018

Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom” MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir. 
Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən "Azercell” şirkəti yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Şirkət hər il bütün diler və mağaza rəhbərlərini bir araya gətirərək, cari ilin nəticələri, abunəçilərə göstərilən xidmətin keyfiyyəti və gələcək perspektivlərin müzakirəsi ilə bağlı görüş təşkil edir. Bu il isə belə bir tədbir Qəbələ şəhərində baş tutub. Tədbirdə bütün Bakı və region dilerləri və "Eksklüziv” mağazaların nümayəndələri iştirak edib. Görüşdə 2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, "Azercell”in diler mağazasında çalışan əməkdaşlara davamlı olaraq "Azercell Akademiyası” tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.
Nəzərinizə çatdıraq ki, hazırda "Azercell” abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 "Eksklüziv” mağazası fəaliyyət göstərir.


Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan "Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və sair. 2012-ci ildə "Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.