27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Suriyadakı əməliyyatları Rusiya və ABŞ-la əlaqələndirəcək

16.12.2018

Türkiyə Suriyada hər hansı bir qarşıdurmanın yaranmaması üçün öz addımlarını Rusiya və ABŞ ilə əlaqələndirmək niyyətindədir.
"Dövran Media" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Doha forumunun kuluarlarında Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib.
"Biz İŞİD əleyhinə koalisiyanın bir hissəsiyik və onunla mübarizəni dəstəkləyirik. Buna görə də, öz səylərimizi əlaqələndirmək istəyirik, hərbçilərimiz istənilən qarşıdurmadan dəqiq yayınmaq üçün amerikalılarla, ruslarla və koalisiyanın Suriyada olan digər üzvləri ilə sıx əlaqədə olacaq", - deyə o bildirib.
Kalın həmçinin münaqişələrin qarşısının alınması üzrə mexanizmin olduğunu və bu mexanizmin reallaşdırılacağını dilə gətirib.
O eyni zamanda bildirib ki, Türkiyə öz sərhədində terror təhlükəsinin aradan qaldırılması üçün əlindən gələni edəcək.
Daha əvvəl Avropa İttifaqı Türkiyəni Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyatlar aparmamağa çağırıb.