27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada işsizlik 63 faizə yüksəlib - AÇIQLAMA

15.12.2018

Bu gün dünyada ən böyük problemlərdən biri işsizlik məsələsidir. Çünki dünya üzrə işsizlik həddi artıq 63 faiz civarındadır.
"Dövran Media"nın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi deyib.
O, qeyd edib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir.
"Xüsusilə də, gənclərlə bağlı ciddi problemlər var. Onların çoxu işsizdir. Ona görə dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də, gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir”, -deyə, xanım Alxadı sözlərinə əlavə edib.
"Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov isə deyib ki, yaxın gələcəkdə dünyada ən azı 5 milyon iş yerinin açılmasına ehtiyac var.
"Gələcəkdə bəzi peşələr, iş yerləri aradan qalxacaq. Daha çox yaradıcı peşələr və liderlik bacarığı önə çıxacaq”, - deyə, o sonra bildirib.