28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp ABŞ-ı enerji savaşından çəkir

15.12.2018

ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar tikintisinə 5 milyard dollar ayırması tələbindən sonra ABŞ-ın Arktikada öz mövcudluğunu artırması planı barədə unutmaq olar.
"Dövran Media" xəbər verir ki, bunu iddia ilə "Hill” qəzetinin redaktoru Rafael Bernal çıxış edib.
"Bundan öncə daxili təhlükəsizlik sahəsində ayırmalar haqqında qanun layihəsinə əsasən, Amerika ordusuna yeni buzqıran gəminin hazırlanacağı güman olunurdu. Bunun üçün 750 milyon dollar ayrılması planlaşdırılmışdı, lakin bu bənd sonradan bir neçə konqresmenin təşəbbüsüylə sənəddən götürüldü. Hazırda ABŞ-ın buzqıran donanması dəhşətli vəziyyətdədir və yalnız iki köhnə gəmi istifadə edilir. ABŞ-ın büdcə vəsaitlərinin digər məqsədlər üçün xərclənməsi nəzərə alınarsa, Vaşinqton özünün Arktikadakı mövcudluğunu genişləndirə bilməyəcək.
Arktikada buz qatının azalması sayəsində bu regionda yeni yataqların aşkarlanması və yeni dəniz ticarət yollarının açılması imkanları yaranıb. Hazırda Rusiyanın 40 buzqıran gəmisi, ABŞ-ın isə iki belə gəmisi mövcuddur. Bunlardan biri "Polar Star” gəmisi Antarktikadadır və onun istifadə müddəti 12 il əvvəl başa çatıb” – deyə o bildirib.
Qeyd edək ki, son günlər şimal ölkələrinin Arktika regionuna marağı artıb. Xüsusən Arktikada öz mövcudluğunu ABŞ, Kanada, Norveç, Rusiya, Britaniya, İsveç, Danimarka kimi ölkələr genişləndirmək istəyirlər. Artıq Rusiya bölgənin aktiv tədqiqatına başlayıb ki, bu da digər ölkələrin kəskin etirazına səbəb olub.
Aktivliyin artmasının digər səbəbi isə bu bölgədə açılmamış yataqların mövcudluğu ilə bağlıdır. Belə ki, Arktikada təxminən 83 milyard barrel neft və 1550 trilyon kubmetr qaz mövcuddur. Bununla bərabər bölgə platin və nadir torpaq metallar, mis-nikel filizləri, tantal, niyobyum, qızıl və almazla zəngindir.