28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada polis qüvvələri ayağa qaldırılıb

15.12.2018

Fransada "Sarı jiletlilərin” bu gün (dekabrın 15) gözlənilən yeni kütləvi etiraz aksiyaları ilə əlaqədar bütün ölkə boyunca 69 minə yaxın polis əməkdaşı səfərbər olunub.
"Dövran Media" xəbər verir ki, bu haqda BFM Fransa DİN-ə istinadən məlumat yayıb.
Təkcə Parisdə asayışın qorunmasına 8 min polis əməkdaşı ayrılıb. Paytaxtda az qala addım başı zirehli polis texnikasına rast gəlmək olur. Telekanalın məlumatına əsasən, polis əməkdaşları artıq Triumfal qapıların qarşısında mövqe tutub.
Ötən şənbə Fransada təhlükəsizliyin təmin olunması məqsədilə 89 min polis əməkdaşı səfərbər olunmuşdu. 
Qeyd edək ki, Fransada  noyabrın 17-dən bəri "sarı jiletlilər” hərəkatının etiraz dalğası  səngimək bilmir. Etirazçıları ayağa qaldıran hökumətin yanacaq qiymətlərini və vergiləri qaldırması, həmçinin ölkədə yaşanan bahalaşma (yaşayış xərclərinin artması) olub.
Fransa DİN-nin məlumatına əsasən noyabrın ortalarından bəri saxlanılan fəalların sayı 4500 nəfəri ötüb.