28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

15.12.2018

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, atmosferə atılan tullantılarla görə 17 restoran bağlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sorğusuna cavab olaraq bildirib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:
"Bunlar Bakıda "Arzu”, "Mega Palace”, "Gilavar”, "Kəndimiz”, "Şahzadə” və  "Çanaqqala”, Sumqayıtda  isə "Qubadlı”, "Dan Ulduzu”, "Tural”, "Sumqayıt”, "Qərb sarayı”, "Dədə Qorqud”, "Ülvi”, "Love Palace”, "Green house”, "Savalan” və "Səmayə” ictimai iaşə obyektləridir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb, iki restoran bağlanıb.