05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov və Çavuşoğlu arasında Bakıda görüş keçirilir

14.12.2018

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
"Dövran Media" xəbər verir ki, görüş Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutur.
Nazirlər danışıqları bağlı qapı arxasında davam etməyə qərar veriblər.
Görüş çərçivəsində nazirlərin ikitərəfli münasibətləri və regionla bağlı digər mühüm məsələləri müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.
İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.