05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Şərq” bazarı belə olacaq - FOTO

13.12.2018

Sosial şəbəkələrdə "Şərq” bazarının eskiz layihəsini əks etdirən fotolar yayılıb. Hazırda memarlıq abidəsi hesab olunan tarixi tikilidə rekonstruksiya işləri aparılır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov açıqlamasında bildirib ki, "Şərq” bazarı dövlət qeydiyyatında olan tarixi abidə olduğu üçün orada aparılacaq hər hansı bərpa işləri zamanı xidmətə rəsmi müraciət olunmalıdır:
"Qanunvericiliyə uyğun olaraq aparılacaq təmir-bərpa işləri Dövlət Xidmətinin nəzarətində həyata keçirilməlidir. Hələlik bizə bununla bağlı rəsmi müraciət daxil olmayıb”.
Fariz Hüseynov qeyd edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələ ilə əlaqədar müvafiq orqana müraciət edəcək.
Qeyd edək ki, bir müddət əvvəl bazarın sökülməsi də gündəmə gəlmişdi.