05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan “qondarma rejimi” “silkələyir”

13.12.2018

Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Nikol Paşinyan ona qarşı çıxan Qarabağ separatçılarının rəhbərlərini dəyişməyə hazırlaşır. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı Ermənistanın "Qraparak” nəşri məlumat yayıb. 
Məlumata görə, artıq Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri” Levon Mnatsakanyan istefaya göndərilib. 
Yaxın vaxtlarda Qarabağ separatçılarının lideri Bako Saakyanın, onun "müşaviri” Arşavir Qaramyanın və qondarma rejimdə "təhlükəsizlik şurasının sədri” vəzifəsini icra edən Vitali Balasanyanın da istefaya göndərilməsi planlaşdırılır. 
Nəşr bildirib ki, Paşinyan Saakyanı Araik Arutyunyanla əvəz edəcək. Arutyunyan parlament seçkilərində separatçılar arasında Paşinyanı dəstəkləyən yeganə şəxs olub. 
"Bu vəziyyət Yerevanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma "dövlət qurumu”nun saxtakarlığını və bu rejimin Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəf kimi göstərilə bilməyəcəyini bir daha sübut edir”, - nəşr qeyd edib.