Bakının bu ərazilərində   2 gün su olmayacaq 
    
                          
     
                         10.12.2018
 
    
                        Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabrda Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərsu ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.