04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Muğam Mərkəzində “Sarı simin lisanı” adlı konserti keçirilib - FOTO

10.12.2018

Beynəlxalq Muğam Mərkəzində "Yeni nəsil dəvət edir" adlı möhtəşəm layihə uğurla davam edir.
Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  "Musiqi sənəti" fakultəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin "Sarı simin lisanı" adlı konserti keçirilib.
Tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində  həyata  keçirilmişdi.
Konsertdə tələbələr Arif Məlikovun - "İki fraqment", Cahangir Cahangirovun -"Ana", "Aylı gecə", Qara Qarayevin - "Gözəllər gözəlinin portreti"("Yeddi gözel" baletindən), Ramiz Mirişlinin -"Tar ilə simfonik orkestr üçün konsert" II hissə "Andante", Vasif Adıgözəlovun -"Şuşam laylay", Həsən Rzayevin - "Cahargah rapsodiyası", Nikolay Lukavikin - "Macar çardaşı", Antonio Vivaldinin - "Yay", Rimski Korsakovun - "Arı uçuşu" əsərlərini  tarda ifa etmişdilər.
İfaçıları pianoda Aygün Səfərzadə müşayiət edirdi.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və dünya mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.
Xatırladırıq ki, dekabrın 9-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti və müsabiqə qaliblərinin mükafatlandırılması  keçiriləcək.