03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?

10.12.2018

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq "Arsenal" oyunun hazırlıqlarına başlayıb. 
"Dövran Media" xəbər verir ki, London klubunun zədəli yarımmüdafiəçisi Məsut Özil də artıq sıraya qoşulub.
Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan almaniyalı futbolçu dörd oyunu buraxıb. Türk əsilli futbolçu dünəndən komanda ilə birgə məşqlərə başlayıb. Onun "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.