27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa və Amerikanın ən bahalı xizək kurortları - Siyahı

08.12.2018

Ekspertlər Avropa və Şimali Amerikanın ən populyar xizək kurortları arasında ən bahalılarının siyahısını tərtib ediblər.
"Dövran Media" xəbər verir ki, bu barədə "Travel Deyli Nyus" saytı məlumat yayıb.
Avropanın ən bahalı xizək kurortu İtaliyanın Madonna di Kampilo kurortu seçilib. Burada bir sutkalıq istirahətin 677 avroya başa gəldiyi bildirilib.
Avstriyanın İşql kurortu isə siyahıda ikinci yeri tutub. Bu kurortda istirahət 583 avro olaraq dəyərləndirilib. İlk üçlüyü yenə Avstriyanın Zaalbax Hinterqlem kurortu qapadıb. Bu kurortun dəyərinin 436 avro olduğu müəyyən edilib.
Şimali Amerikada isə ən yaxşı xizək kurortu Uistrler (Kanada) seçilib. Burada bir günlük istirahət 452 avroya başa gəlir.