27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya bunu etməsə, SSRİ kimi yox olacaq - Kudrindən şok

08.12.2018

Əgər xarici siyasət uğurlarımızdan əl çəkib, daxili problemlərə diqqəti artırmasaq, Rusiya SSRİ-nin parçalanmasına gətirib çıxaran yolla gedə bilər.
"Dövran Media" xəbər verir ki, bunu Ümumrusiya Vətəndaş Forumunda çıxışı zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib. Onun sözlərinə görə, Rusiyanı müəyyən ambisiyalarla, ideologiyayla inşa etmək çox ağırdır:
"Biz bu gün o zamanlar formalaşmış mədəniyyətin, mentalitetin əsiriyik. SSRİ hansısa sui-qəsdə görə parçalanmadı. Onu parçalayan iqtisadi və siyasi sisteminin yetkin olmayan inkişaf modeli oldu. Ona görə də bu gün əgər biz daxili səbəblərə diqqət ayırmasaq, yenidən məğlubiyyətə düçar olacağıq. Bu mənada xarici siyasətdəki uğurlarımıza görə hərdən aparıcı ölkələr dairəsinə qayıtmağımız təklif edilir. Bu, müəyyən müddət dəstəklənə biləcək illüziyadır. Rusiyanın böyüklüyünün və ya çiçəklənməsinin iqtisadi bazası yaradılmayıb və hələlik buna yetəri qədər vaxt ayırmırıq”.